07 dekabr 2018-ci il tarixində "Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinin sədri Doğan Tandoğanın sədrliyi ilə "MilliKart" MMC-nin Ümumi Yığıncağının növbəti iclası keçirilmişdir.

İclasda, 2017-ci ilin maliyyə hesabatları təsdiq edilmiş, 2018-ci ilin maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq məqsədilə kənar auditor seçilmiş, Təftiş Komissiyasının üzvləri seçilmiş və onların sırasından Təftiş Komissiyasının sədri təyin edilmiş, Nizamnamə yeni redaksiyada təsdiq edilmiş və digər məsələlər üzrə müvafiq qərarlar qəbul edilmişdir.

"MilliKart" MMC 2006-cı ildən etibarən maliyyə institutlarına kart prosessinq xidmətlərini göstərir. Hazırda, MilliKart-da bank, Azərpoçt, bank olmayan kredit təşkilatları (BOKT), investisiya, sığorta və digər təşkilatlar xidmət olunur.