“MilliKart” şirkətinin səhmdarlarının iclasında əvvələr şirkətin Strateji İnkişaf və Marketinq departamentinin direktoru vəzifəsində çalışan Elnur Məmmədov yeni İcraçı Direktor vəzifəsinə təyin edilmişdir. Elnur Məmmədovun İcraçı Direktor vəzifəsinə təyinatının əmri 08 aprel tarixində imzalanıb.

Elnur Məmmədov “MilliKart”-da şirkətin yaranmasından etibarən çalışır və ödəniş sistemlərində peşəkar və savadlı mütəxəssis kimi tanınır. Səhmdarların idarə heyəti qərar verdi ki, Elnur Məmmədov şirkətin inkişaf xəttini efektiv və kompetent tərzdə sürdürəcək.

“MilliKart” regiondakı güclü proqram-aparat təchizatına malik olan sürətlə inkişaf edən şirkətlərdən biridir. Əsas ana brend olan MilliKart LLC üç vacib istiqamətdə cəmləşib – M+assist, M+money və M+thinking. “MilliKart” tərəfindən göstərilən əsas xidmətlər ödəniş kartlarının personalizasiyası, kart ödənişləri üzrə prosessinq xidmətlərinin göstərilməsi, kart ödənişlərinin təhlükəsizliyinin təmin edilməsi, kart hesablarının dəstəklənməsi, bankomat, POS-terminal və digər avadanlıqların fəaliyyətinin təmin olunması, PİN-zərflərin çapı, kart ödənişlərinin bankomat, POS-terminal və digər avadanlıqlar vasitəsi ilə qəbulunun təmin olunması, müştərilərə 7 gün 24 saat ərzində “Call Center” xidmətinin göstərilməsi və digər çoxsaylı xidmətlərdən ibarətdir.

Qeyd etmək istəyirik ki, “MilliKart” şirkətinin keçmiş İcraçı Direktoru Calal Orucov “Unibank KB” ASC-nin texnologiyalar üzrə direktoru təyin olunmuşdur və bankın icraedici komitəsinə daxildir.