“MilliKart” Internetdə ödənişlərin təhlükəsizliyini təmin edən MasterCard SecureCode və Verified by Visa (VbV) texnologiyaları üzrə sertifikasiya işlərini tamamlamışdır və artıq bankların və maliyyə institutların istifadəsinə təqdim etmişdir.

«MilliKart»ın tətbiq etdiyi 3D Secure – dələduzluq hallarından mühafizə olunmaq və İnternet vasitəsilə keçirilən ödənişlərin təhlükəsizliyini təmin etmək imkanını verən texnologiyadır. Bu müasir texnologiyanın iş prinsipi müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi “3D” parolu vasitəsilə ilə online ödənişlərin daha təhlükəsiz şəkildə həyata keçirilməsidir.

Qeyd etmək lazımdır ki, bu xidmətdən istifadə etmək üçün istifadəçi ilk olaraq müştərisi olduğu bankda telefon nömrəsini qeyd etməli və 3D Sign up səhifəsində qeydiyyatdan keçərək “3D” parolunu təyin etməlidir. Qeydiyyatdan keçəndən sonra, online mağazada ödəniş etmək üçün istifadəçi xüsusi “3D” parolunu daxil edərək əməliyyatını uğurla başa çatdıra bilər.

Autensifikasiya üç (3) domen modelinə əsaslandığı üçün bu texnologiya 3D Secure adını daşıyır.