MilliKart LLC və “Bakcell”dən gözəl bir fürsət!

“Bakcell”in sadiq abunəçiləri üçün ULDUZUM sadiqlik proqramı yaradıldı. Bu proqram çərçivəsində Bakcell bütün abunəçilərinə müxtəlif sahələrdə bir çox imtiyazlar və dəyərli xidmətlər təklif edir.

ULDUZUM proqramına qoşulan hər bir kəs seçilmiş restoranlarda, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazalarında, sağlamlıq, idman və istirahət mərkəzlərində, və bir sıra xidmət məntəqələrində endirimlər əldə edə bilər.

ULDUZUM proqramı Millikartın texniki dəstəyi ilə həyata keçiriləcəkdir. Belə ki,qeyd etdiyimiz partnyor mağazalarda quraşdırılmış terminallara xüsusi proqram təminatı yüklənərək ULDUZUM endirimindən yararlanmaq mümkün olacaqdır.

Bütün Bakcell abunəçiləri Ulduzum proqramında iştirak edə bilər. Ətraflı məlumat üçün www.ulduzum.az linkinə tıklayın.