«MilliKart» tətbiq etdiyi 3D Secure texnologiyasını təkmilləşdirmişdir və dələduzluq hallarından mühafizəni və İnternet vasitəsilə keçirilən ödənişlərin təhlükəsizliyini daha yüksək səviyyədə təmin etməyə nail olmuşdur. Xatırladaq ki, bu xidmətdən istifadə etmək üçün istifadəçi ilk olaraq müştərisi olduğu bankda telefon nömrəsini qeyd etməli və 3D Sign up səhifəsində qeydiyyatdan keçərək “3D” parolunu təyin etməlidir. Qeydiyyatdan keçəndən sonra, online mağazada ödəniş etmək üçün istifadəçi xüsusi “3D” parolunu daxil edərək əməliyyatını uğurla başa çatdıra bilir. Müştərinin təyin etdiyi xüsusi parol bu halda statik olur və heç bir dəyişikliyə məruz qalmır. Hal hazırda isə “MilliKart” xüsusi parolun dinamik olmasına nail olub. Dinamik parolun xüsusiyyəti budur ki, hər əməliyyat zamanı müştərinin qeydiyyatdan keçmiş mobil telefon nömrəsinə təsadüfən generasiya olunan altı (6) rəqəmli bir dəfəlik parol göndərilir (OTP) və bu parolu daxil etməklə müştəri özünü autentifikasiya edir.

Autensifikasiya üç (3) domen modelinə əsaslandığı üçün bu texnologiya 3D Secure adını daşıyır.