31 oktyabr 2017-ci il tarixində MilliKart növbəti dəfə 1 (bir) il müddətinə ödəniş kartları sahəsində tətbiq olunan PCI DSS 3.2 təhlükəsizlik standartlarının tələblərinə tam şəkildə cavab verərək sertifikasiyadan keçmişdir.

Audit yoxlamaları ödəniş kartları sahəsində kart məlumatlarının saxlanılması, emalı və ötürülməsinin təhlükəsizliyinin təmin olunması üzrə ixtisaslaşmış “Compliance Control” adlı beynəlxalq şirkət tərəfindən aparılmışdır. “Compliance Control” şirkəti PCI DSS üzrə sertifikasiyanı VISA, MasterCard, American Express, Discover və JCB ödəniş sistemlərinin tələblərinə uyğun şəkildə həyata keçirir.

PCI DSS 3.2 standartları kart məlumatlarının təhlükəsizliyinin daha yüksək səviyyədə təmin etmək məqsədilə tətbiq olunur.