15 dekabr 2017-ci il tarixində “MilliKart” MMC-nin İştirakçılarının ümumi yığıncağının iclası keçiriləcəkdir. İclasın gündəliyinə daxil edilmiş məsələlər üzrə materiallar rəsmi olaraq İştirakçılara göndərilmişdir.

“MilliKart” MMC 2006-cı ildə 18 bank tərəfindən təsis edilmişdir. Hazırda MilliKartın İştirakçıları “Dəmirbank” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Bank Respublika” ASC, “Para” BOKT, Atabank” ASC, “Unibank KB” ASC, “Bank Technique” ASC, “Amrahbank” ASC, “Bank Standard KB” QSC, “Kredobank” ASC, “Azər-Türk Bank” ASC, “RabitəBank” ASC, “Turanbank” ASC, “Bank of Baku” ASC, “Xalqbank” ASC, “Accessbank” QSC, “Zaminbank” ASC və “Urbis Holding Incorporated” şirkətidir.